Qardaş Türkiyənin Fatih şəhərində içərisində xəstə olan təcili yardım maşınının avtomobillə vurularaq aşması nəticəsində 3 nəfər yaralanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Vətən, Akdeniz və Oğuzhan küçələrinin kəsişməsində avtomobil xəstəni aparan təcili yardım maşınına yan tərəfdən dəyib. Zərbənin təsirindən aşmış təcili yardım maşınında olan xəstə və 2 tibb işçisi xəsarət alıb.
Hadisə yerinə həkim briqadası və polislər cəlb edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb, avtomobilin sürücüsü Həmzə B. və yanında olan Mesude B. qəzadan xəsarət almadan sağ çıxıblar.
Həmzə B maşını yaşıl işıqda idarə etdiyini və bu zaman təcili yardımın gəldiyini görmədiyini bildirib.
Qəzaya görə axsayan nəqliyyatın hərəkəti təcili tibbi yardım maşınının çıxarılmasından sonra normallaşıb.