Cənubi Afrikanın Keyptaun şəhərində güclü fırtınanın elektrik infrastrukturunda vurduğu ziyan nəticəsində elektrik cərəyanı vurması nəticəsində 8 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Keyptaun Fəlakət Əməliyyat Mərkəzindən verilən açıqlamada şiddətli fırtına səbəbiylə elektrik şəbəkəsinin zədələndiyi, Dritsands bölgəsində 4 böyük, Filippi bölgəsində isə 4 uşağın elektrik cərəyanı vurması nəticəsində öldüyü açıqlanıb.
Günlərdir davam edən şiddətli tufan Keyptaun ətrafında sel, daşqın və sürüşmələrə səbəb olur.
Keyptaun Böyükşəhər Bələdiyyə Başçısı Geordin Hill-Lewis verdiyi açıqlamada şiddətli fırtınanın vurduğu zərərin aradan qaldırılması üçün resursların ayrılacağını bildirib.