Hindistanda itkin düşən 2 tələbənin ölüsünün tapılması etirazlara səbəb olubbackend

Hindistanda itkin düşən 2 tələbənin ölüsünün tapılması etirazlara səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda iyul ayından bəri itkin düşən 2 tələbənin öldürüldüyü üzə çıxdıqdan sonra bir müddətdir zorakılığa səhnə olan Manipur əyalətində yüzlərlə tələbə etiraz aksiyası keçirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İyulun 6-dan Hindistanda itkin düşən 2 tələbənin öldürülməsinin açıqlanmasından sonra reaksiyalar artıb.

Bir müddətdir etnik zorakılıqlara səhnə olan əyalətin paytaxtı İmfalda yüzlərlə tələbə “qurbanlara ədalət” şüarları ilə etiraz aksiyası keçirib.

Polis nümayişçilərə gözyaşardıcı qaz və tüstü bombaları ilə müdaxilə edib.

Adının açıqlanmasını istəməyən bir məmur deyib ki, polis müdaxiləsi zamanı 47 tələbə yüngül xəsarət alıb, hazırda vəziyyət normaldır və nəzarət altındadır.

Mayın 3-dən etibarən əyalət əhalisinin 53 faizini təşkil edən Meitei icmasının “Təqdim edilmiş qəbilə” kateqoriyasına daxil edilmədikləri səbəbiylə nümayişlərə başlaması və bəzi digər etnik qrupların buna qarşı çıxması ilə zorakılıqlar yaşanmağa başlayıb.

Mayın 4-də hərbçilərə “atış əmri” verildiyi əyalətdə zorakılıqlar nəticəsində ölənlərin sayı 175-ə yüksələrkən, 60 mindən çox insan didərgin düşüb.

Hindistanın Mərkəzi Təhqiqat Bürosu (CBI) Manipur əyalətində zorakılıqla bağlı çoxsaylı hadisələri araşdırmaq üçün 53 nəfərdən ibarət bir qrup yaratmışdı.

Həmçinin 53 nəfərdən ibarət qrupda 3 baş müfəttiş müavini, bir polis müfəttişi, 16 inspektor və 10 inspektor köməkçisinin olduğu, 17 işin araşdırılacağı da paylaşılıb.