Burkina Faso hərbi rəhbərliyi sentyabrın 26-da dövlət çevrilişinə cəhdin yatırıldığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Çevriliş şayiələrinin ardınca bir çox nümayişçinin küçələrə çıxmasına səbəb olan hadisələrlə bağlı açıqlama verən hökumət, çevriliş cəhdinin Burkina Fasonun kəşfiyyat və təhlükəsizlik xidmətləri tərəfindən qarşısının alındığını bildirib.
Hadisədə iştirak edən çoxlu sayda şəxsin saxlanıldığı bildirilən açıqlamada hökumətin çevriliş cəhdinin arxasında duranların maskasını açacağı və hadisəni bütün çılpaqlığı ilə ortaya çıxaracağı vurğulanıb.
Burkina Fasoda ordu ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək 2020-ci ilin sentyabrında hakimiyyəti ələ keçirdi və kapitan İbrahim Traore ölkəyə liderlik edib.