Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 555,6 milyon ABŞ dolları məbləğində satış olub.
“İnterpress.az” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 % azdır.
Təkcə bu ay isə valyuta satışının məbləği 259,8 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 44,2 % azdır.