ABŞ müdafiə nazirinin illik maaşı 1 dollara endirilir?backend

ABŞ müdafiə nazirinin illik maaşı 1 dollara endirilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ “federal hökumətin bağlanması” riski ilə üzləşdiyi halda, müdafiə naziri Lloyd Ostinin illik maaşının 1 dollara endirilməsini tələb edən tənzimləmə respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında təsdiqlənib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“The New York Times” qəzetinin yazdığına görə, Respublikaçılar Partiyasının nümayəndəsi Marjorie Taylor-Greene Ostinin 221 min dollardan çox olan illik maaşını 1 dollara endirmək üçün Nümayəndələr Palatasına reqlament təqdim edib.

Öz ifadəsində Greene Ostini “dəhşətli Əfqanıstandan geri çəkilməyə”, “hərbi işə qəbulun azalmasına və COVID-19 peyvəndini rədd etdiyi üçün minlərlə əsgərin işdən çıxarılmasına” səbəb olmaqda günahlandırıb və deyib: “ABŞ Müdafiə Naziri Lloyd Austin mütləq buna layiqdi. 1 dollar çox şeydir”.

Əsasnamənin təsdiq edildiyi Nümayəndələr Palatasında respublikaçılar öz çoxluqlarından və gələn ilin büdcəsinin hələ də qəbul edilməməsindən hökumətə qarşı təsir rıçaqları kimi istifadə edirlər.

Hərbi xərclərlə bağlı tənzimləmənin Senatda qəbul edilməyəcəyi və bu səbəbdən Ostinin maaşının azaldılması ehtimalının az olduğu düşünülür.