Bu ilin əvvəlindən indiyə qədər Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmetr təbii qaz nəql edilib.
“İnterpress.az”ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər bu rəqəmin 10,2 milyard kubmetr olması nəzərdə tutulur.
“Bu il Türkiyəyə nəql edilmiş “mavi yanacağ”ın 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə çatdırılıb. Ümumilikdə bu günə qədər TANAP-la 24 milyard kubmetr qaz ixrac edilib”,- deyə nazir qeyd edib.