Son 20 ildə Türkiyənin elektrik enerjisinə və təbii qaza tələbatı 3 dəfə artıb.
“İnterpress.az” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu gün Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə baş tutan “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
Nazir bildirib ki, Türkiyənin elektrik enerjisinə olan tələbatı hər il orta hesabla 4,7 % artır: “Türkiyənin enerji siyasəti qarşıdakı dövrdə də artan enerji tələbatını qarşılamaq, enerji sahəsində xaricdən asılılığı azaltmaq və qarşıdakı 30 ildə karbonsuz iqtisadiyyata nail olmaqdır. Bu hədəflərə nail olmaq üçün energetika sahəsində böyük transformasiyaya ehtiyacımız var”.
A.Bayraktar hesab edir ki, uğurlu enerji transformasiyası yalnız həssas, çevik və rasional siyasət, eyni zamanda ikitərəfli və çoxtərəfli faydalı əməkdaşlıqla mümkündür.