Orxan Məmmədov: “Turizm sahəsindəki KOB-lara daim dəstək olmağa hazırıq”backend

Orxan Məmmədov: “Turizm sahəsindəki KOB-lara daim dəstək olmağa hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) turizm sahəsindəki KOB-lara daim dəstək olmağa hazır olduğunu açıqlayıb.

“İnterpress.az” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan turizm işçilərinin peşə bayramı münasibəti ilə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Turizm Azərbaycan iqtisadiyyatının prioritet sektorlarından olmaqla, böyük potensiala malikdir. Bu sahənin inkişafında əhəmiyyətli rol oynayan KOB-lara daim dəstəyə hazır olduğumuzu bildirir, turizm sənayesinin təmsilçilərini peşə bayramları münasibətilə təbrik edirik”, – O. Məmmədov qeyd edib.