Avropada adambaşına 131 kilo ərzaq israf edilibbackend

Avropada adambaşına 131 kilo ərzaq israf edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşları 2021-ci ildə adambaşına 131 kiloqram qida israf edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avropa Statistika İdarəsi (Eurostat) Aİ ölkələrində qida tullantıları ilə bağlı 2021-ci il məlumatlarını dərc edib.

Məlumatlara görə, avropalıların adambaşına düşən qida tullantıları 2021-ci ildə 131 kiloqrama çatıb.

Aİ ölkələri ümumilikdə 58,4 milyon ton qida tullantıları istehsal edib.

Ərzaq tullantılarının 54 faizi ev təsərrüfatlarının payına düşür, adambaşına 70 kilo. Tullantıların 46 faizi qida məhsulları və içki istehsalı, restoranlar və pərakəndə satış kimi qida tədarük zəncirində baş verib.