Fransa tarixinin ən isti sentyabrını yaşayırbackend

Fransa tarixinin ən isti sentyabrını yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın materik hissəsi tarixinin ən isti sentyabrını yaşayır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meteorologiya xidməti Meteo France tərəfindən edilən şərhdə bu ayın ölkənin materik hissəsində “ən isti sentyabr” olaraq qeyd edilib.

Sözügedən meteoroloji qeydlərin 1900-cü ildən sonrakı dövrü əhatə etdiyi bildirilib.

Açıqlamada bu ay havanın temperaturunun mövsüm normalarından yüksək və orta hesabla 21,5 dərəcə olduğu, sentyabrın sonunda isə ölkənin cənubunda havanın temperaturunun 30 dərəcəni keçdiyi bildirilib.