Aİ Yunanıstanın LNG terminalının tikintisinə dəstəyi təsdiqləyibbackend

Aİ Yunanıstanın LNG terminalının tikintisinə dəstəyi təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Yunanıstanın Aleksandrupolidə inşa edilən mayeləşdirilmiş təbii qaz (LNG) terminalı üçün 106 milyon avro maliyyə dəstəyini təsdiqləyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

AB Komissiyası Yunanıstanın LNG terminalının tamamlanması üçün hazırladığı maliyyə dəstəyi proqramının qəbul edildiyini açıqlayıb.

Aleksandrupolidəki LNG terminalının 2023-cü ilin sonuna qədər tamamlanması üçün hazırlanan 106 milyon avroluq resursun Aİ-nin ictimai dəstək qaydalarına uyğun olduğu və sözügedən yardımın, birbaşa qrant olduğu bildirilib.

Açıqlamada, layihənin planlaşdırıldığı kimi davam etməsi üçün dəstəyin zəruri və məqsədəuyğun hesab edildiyi, terminalın enerji mənbələrinin şaxələndirilməsi və Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoyulması kimi strateji hədəflərə töhfə verəcəyi qeyd edilib.

Aİ-yə üzv dövlətlərin ictimai dəstəyi necə təmin edəcəyini müəyyən etmək səlahiyyəti Aİ Komissiyasının yurisdiksiyasına aiddir.

Üzv ölkələr ictimai töhfələrdən yalnız rəqabətə zərər verməyən və ictimai maraqlara cavab verən hallarda istifadə edə bilərlər.

Yunanıstan ötən ilin may ayında Dedeağaçda üzən LNG saxlama və qazlaşdırma qurğusu layihəsini işə salıb.

Ölkənin paylayıcı sisteminə hər il təqribən 5,5 milyard kubmetr təbii qazın verilməsi nəzərdə tutulan layihənin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.