Sudan Səhiyyə Nazirliyi ilin əvvəlindən bu yana ölkədə təxminən 1000 dang qızdırması hadisəsinin aşkar edildiyini və 11 nəfərin virusa görə öldüyünü bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nazirliyin sosial media hesabından edilən açıqlamada virusun 8 əyalətdə görüldüyü, şərqdə isə Qədərifin ən çox yoluxduğu əyalət olduğu bildirilib.
Nazirlik vətəndaşları səhiyyə müəssisələrinin və məsul şəxslərin xəbərdarlıqlarını nəzərə almağa çağırıb.
Səhiyyə Nazirliyi ötən gün ölkədə vəbadan 21 nəfərin öldüyünü açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının dünən verdiyi açıqlamada aprelin 15-dən ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmaların davam etdiyi ölkənin şərqində vəba və dang qızdırması hallarının qeydə alındığı bildirilib.
Dünən Sudan Həkimlər Birliyi vəba, dang qızdırması, qızılca və malyariya xəstəliklərinin yayıldığı barədə xəbərdarlıq edərək beynəlxalq təşkilatlardan dəstək istəyib.
Tropik və subtropik bölgələrdə baş verən Denge qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə müşahidə olunan xəstəlik bəzi hallarda ölümlə nəticələnir.
Ümumiyyətlə yağışlı dövrlər kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında hadisələrin sayı artır.
Alimlər bildirirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və dang qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.