Fransa hökuməti sayca 18-ci etimadsızlıq votumundan yayınıbbackend

Fransa hökuməti sayca 18-ci etimadsızlıq votumundan yayınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları səs çoxluğu ilə hökumətə qarşı növbəti etimadsızlıq səsverməsini rədd ediblər.

Report-ın məlumatına görə, bu barədə Assambleyanın “X” sosial şəbəkəsindəki hesabında qeyd edilib.

“Etimadsızlıq səsverməsi qəbul edilmədi. Tələb olunan səs çoxluğu 289 (deputat) idi. 193 nəfər lehinə səs verib”, – məlumatda deyilir.

Qeyd edək ki, etimadsızlıq votumu ilə bağlı petisiya NUPES (Yeni Xalq Ekoloji və Sosial Birliyi) koalisiyası tərəfindən irəli sürülüb. Koalisiya bu təşəbbüsü Baş nazir Elizabet Bornun gələn ilin büdcə layihəsini parlamentdə səsverməyə çıxarmadan qəbul etməsindən sonra irəli sürüb. Deputatlar Baş nazirin bəyanatını fitlə qarşılayıb və iclas zalını tələsik tərk ediblər.

Rədd edilmiş təşəbbüs müxalifətin Bornun Fransa Nazirlər Kabinetinin rəhbəri kimi işlədiyi təxminən 1,5 il ərzində onun hökumətinə etimadsızlıq səsverməsi keçirmək üçün 18-ci cəhd olub.