Qarabağda  mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi addımlar atılıb – AÇIQLAMAbackend

Qarabağda mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi addımlar atılıb – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçıların təslim olmasından indiyə qədər (20 sentyabr – 2 oktyabr) öten 12 gün ərzində bölgənin təmizlənməsi və mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi addımlar atılıb.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

O xatırladıb ki, Ermənistan ordusunun ərazimizdə qalan birləşmələrinin tərki-silah edilərək, bölgədən çıxarılması, eləcə də qanunsuz silahlı dəstələrin təslim edilməsi prosesi davam edir:

“Separatçı rejim rəsmi olaraq özünü buraxıb. Xankəndidə separatçıların əski parçası yığışdırılıb. Azərbaycan polisi şəhərdə fəaliyyətə başlayıb: qeyri-rəsmi məlumatlara görə, polisimiz keçmiş separatçı rejimin qondarma “daxili işlər nazirliyinin” binasında işləyir. Şəhərdə poliklinika qurulub, təcili tibbi xidmətin işi təşkil edilib. Xankəndinin elektrik enerjisi Azərbaycanın elektrik enerjisinə qoşulub: mobil operatorlar fəaliyyətə başlayıb, TV və radio yayımının təşkili planlaşdırılır. Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhərdə erməni sakinlərin qeydiyyatını yerində aparır. Erməni terrorçuların həbs edilməsi və qanun qarşısına çıxarılması prosesi davam edir: Ruben Vardanyan, David Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan artıq barmaqlıqlar arasındadır”.

Politoloq ən əsası artıq Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonu və Xankəndidə Azərbaycanın suverenliyi bərpa edildi: hazırda mərkəzi hakimiyyətin bərpası prosesi aparılır.