Avropa İttifaqı (Aİ) Türkiyə də daxil olmaqla bir çox ölkədə yaşayan 2005-ci il təvəllüdlü 36 min gəncə Avropada pulsuz səyahət edə bilmələri üçün bilet verəcək. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Avropa Birliyi Komissiyasından edilən açıqlamaya görə, 36 min gənc AB-nin “DiscoverEU” proqramı çərçivəsində 18 yaşındakı insanlar, bir neçə sualı onlayn cavablandıraraq bu fürsəti əldə etmək şansı əldə edəcəklər.
Müraciətlər bu gündən oktyabrın 18-dək Avropa Gənclər Portalında bu məqsədlə hazırlanmış səhifədə edilə bilər.
Avropa İttifaqı ölkələri ilə yanaşı Erasmus+ proqramına daxil olan İslandiya, Lixtenşteyn, Şimali Makedoniya, Norveç, Serbiya və Türkiyədən olan gənclər Avropa Gənclər Portalında sualları cavablandıraraq pulsuz qatar biletləri qazana biləcəklər.
Pulsuz səyahət əldə edən gənclər 1 mart 2024-cü il və 31 may 2025-ci il tarixləri arasında biletlərindən maksimum 30 gün istifadə edə biləcəklər.
Seçilmiş 36 min gənc də ictimai nəqliyyat, mədəniyyət məkanları və fəaliyyətlər, yaşayış, yemək və idman daxil olmaqla təxminən 40 min nöqtədə endirimlərdən yararlana biləcək. Biletlərdən Avropanın bəzi yerlərindəki adalara və ya qatarların olmadığı bəzi nöqtələrə səyahət etmək üçün də istifadə etmək olar.
Biletlər üçün suallara “https://youth.europa.eu/discovereu_en” ünvanında cavab verilməlidir.