Fransanın İzere əyalətinin Qrenobl bölgəsində bomba təhlükəsi səbəbindən 8 məktəb boşaldılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fransanın İsere Qubernatorluğundan verilən açıqlamada səhər saatlarında Qrenobl şəhərində 8 məktəbə bomba təhdidi edildiyi bildirilib. Açıqlamada məktəblərdəki işçi heyətinin və şagirdlərin təxliyə edildiyi, təhlükəsizlik perimetri yaradıldığı, bomba zərərsizləşdirmə qruplarının araşdırma apardığı bildirilib.
Qubernatorluq hələlik xəbərlərin real və ya əsassız olması ilə bağlı məlumat paylaşmayıb.
Mətbuatda yer alan xəbərlərə görə, ilin əvvəlindən bu yana ölkədə 160 məktəbə qarşı yalançı bomba təhdidləri edilib. Dünən həmin şəhərdəki orta məktəbdə yalandan bomba hədəsi edilib və hadisə ilə bağlı 12 yaşlı uşaq saxlanılıb.