Yunanıstanda sentyabr ayında daşqın baş verən bölgələrdəki gölməçələrin sağlamlıq üçün ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yunanıstanın Qərbi Attika Universitetinin müəllimi, Sağlamlıq və Əməyin Təhlükəsizliyi Mütəxəssisi Dr. Konstandinos Delezos ictimaiyyətə gölməçələrin riskləri barədə xəbərdarlıq edib.
Delezos, suya qarışan batareyalar, fotovoltaik avadanlıqlar, kənd təsərrüfatı kimyəviləri və pestisidlər kimi kimyəvi maddələrin xalq sağlamlığını təhdid etdiyini, hətta plastik çəkmələrin belə bu sularda əridiyini bildirib.
Suda bir-biri ilə reaksiya verən kimyəvi maddələrin təhlükəli qarışıqlar yaratdığını qeyd edən Delezos bölgədə su ilə təmasda olmaq məcburiyyətində qalanlara xüsusi suya davamlı paltar geyinmələri barədə xəbərdarlıq edib.