İspaniyanın Kanar adalarında meşə yanğını: 3 mindən çox insan təxliyə edilibbackend

İspaniyanın Kanar adalarında meşə yanğını: 3 mindən çox insan təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın cənub-qərbindəki Kanar adalarından biri olan Tenerifedə baş verən meşə yanğını səbəbindən 3 mindən çox insanın təxliyə edildiyi açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Tenerifenin fövqəladə hallar rəsmisi Blanca Perez verdiyi açıqlamada dünən gecə saatlarında baş verən yanğının sürətlə böyüməsi səbəbindən təxliyəyə başladıqlarını söyləyib.

Perez alovların təxminən 15 min hektar əraziyə yayıldığını və bunun son 40 ildə adada baş verən ən pis meşə yanğını olduğunu bildirib.

Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo da yanğın səbəbiylə 3 mindən çox insanın təxliyə edildiyini bildirərək, onların mübarizədə Fövqəladə Hallara Müdaxilə Hərbi Birliyinin (UME) qruplarının kömək və texnikasından yararlandıqlarını qeyd edib.

Avqust ayında da ada meşə yanğınları ilə mübarizə aparıb.

Tenerifedə avqust ayında yaşayış məntəqələrini təhdid edən meşə yanğını səbəbindən 5 kənd boşaldılıb. Klavixo İspaniya polis qüvvələrinə bağlı kənd yerlərində asayişin qorunmasından məsul hərbi təşkilat olan “Mülki Qvardiya”nın avqustun 15-də Tenerife adasındakı Arafo dağında başlayan meşə yanğınının “yandırma nəticəsində” olduğunu təsdiqlədiyini açıqlayıb.

Tenerife qubernatoru Rosa Davila da 8 min hektardan çox meşə sahəsinin yandığını ifadə edərək, təxminən 12 min insanın təxliyə edildiyini açıqlayıb.