Tayvanda “Koinu” qasırğası nəticəsində 1 nəfər ölüb, 304 nəfər yaralanıbbackend

Tayvanda “Koinu” qasırğası nəticəsində 1 nəfər ölüb, 304 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvanın cənubunda təsirli olan “Koinu” qasırğası nəticəsində 1 nəfər ölüb, 304 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Günün əvvəlində ölkənin cənubundakı Cape Eluanb bölgəsinə çatan Koinu qasırğası səbəbindən adada təhsil dayandırılıb və iş yerləri bağlanıb.

Tayvan yanğınsöndürmə briqadası, Taychung şəhərində bir nəfərin öldüyünü, adada isə 304 nəfərin yaralandığını açıqlayıb.

Qasırğa nəticəsində bir çox ağac kökündən çıxarılsa da, bəzi binalara ziyan dəyib. Tayvan Meteorologiya İdarəsi, tayfunun küləyin sürətinin saatda 173 kilometrə yüksəldiyinə işarə edərək, sürüşmələrə qarşı xəbərdarlıq edib. Nəqliyyat Nazirliyi Adadan bir çox yerli və beynəlxalq reyslərin və bərə reyslərinin dayandırıldığı barədə məlumat paylaşıb. “Koinu” qasırğasının həftəsonu Çinin cənubunu vuracağı gözlənilir.