Yaponiyada hökumət yuxusuzluqdan əziyyət çəkən yapon yaşlılara gecə ən azı 6 saat yatmağı tövsiyə edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin araşdırması göstərib ki, ölkə üzrə kişilərin 37,5 faizi və qadınların 40,6 faizi gündə orta hesabla 6 saatdan az yatır.
Bu həftə açıqlanan tövsiyə hesabatı layihəsində, Nazirlik yuxu müddətini və keyfiyyətini yaxşılaşdırmaq üçün böyüklərə gecə ən azı 6 saat yatmağı tövsiyə edib.
Sözügedən hesabatda yuxu müddətləri “həyəcan verici” olaraq izah edilir və tövsiyə olunan yuxu müddəti yaş qruplarına görə dəyişir.
Buna uyğun olaraq 1-2 yaşlı uşaqlar üçün 11-14 saat, 3-5 yaşlı uşaqlar üçün 10-13 saat, ibtidai sinif şagirdləri üçün 9-12 saat, yüksəklər üçün 8-10 saat yuxu tövsiyə olunur. Nazirlik həftə ərzində ictimaiyyətlə paylaşılan hesabatı ilin sonuna kimi yekunlaşdıracaq. OECD-nin 2021-ci ildə apardığı araşdırmada, Yaponiyada insanların orta hesabla 7 saat 22 dəqiqə yatdığı ortaya çıxıb.
Bu göstərici 33 ölkə arasında ən qısa yuxu müddəti olub. Mütəxəssislər gündə 6-8 saat yuxunun böyüklər üçün ideal olduğunu iddia edirlər, çünki depressiya, xərçəng və ürək döyüntüsü kimi xəstəliklər gündə 7 saat yatanlarda daha az müşahidə olunur.