Testlərə baxmayaraq Keniyada xəstələnərək xəstəxanaya yerləşdirilən 95 tələbənin taleyinin necə olduğunu öyrənmək mümkün olmayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
The Daily Nation qəzetinin xəbərinə görə, səhiyyə naziri Susan Nakhumicha indiyə qədər tələbələr üzərində aparılan 5 testdə heç bir nəticəyə rast gəlmədiklərini və əlavə nümunələrin əlavə müayinə üçün paytaxt Nayrobidəki müəssisələrə göndərildiyini bildirib.
Digər tərəfdən sosial mediada əks olunan görüntülərdə iflic və titrəmə kimi pozğunluqları görülən şagirdlərin Eregi Qız Liseyində təhsillərinin davam etməsi müzakirələrə səbəb olub. Əksər valideynlər övladlarını məktəbdən çıxarsa da, nazirlik rəsmiləri təhsilin davam etdirilməsini istəyiblər.
Valideynlərin xəstəxanada həyəcanlı gözləməsi davam edərkən, bəzi ekspertlər xəstəliyin şagirdlərin orqanizmində elektrolit balansının pozulması ilə bağlı ola biləcəyini şərh ediblər.