ABŞ İrandan ələ keçirdiyi 1,1 milyon güllənin Ukraynaya göndərildiyini təsdiqləyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq, İranın Yəməndəki husi milislərinə göndərdiyi düşünülən 1,1 milyon güllənin dekabr ayında ABŞ tərəfindən ələ keçirildiyini xatırladan Jan-Pier, bu sursatların verildiyini təsdiqləyib.
Jean-Pierre deyib k, ABŞ Mərkəzi Komandanlığına bağlı dəniz piyada qüvvələri beynəlxalq hüququ pozaraq, İran İnqilab Keşikçiləri Qvardiyasından Yəməndəki silahlı qruplaşmalara bu sursatları ələ keçiriblər.
İranın bu addımının BMT Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsinin pozulması olduğunu bildirən Jan-Pier əlavə edib: “Ukraynanın tiranlığa qarşı azadlıq mübarizəsini dəstəkləmək və İranın regionda və onun hüdudlarından kənarda sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq üçün addımlar atmağa davam edəcəyik”.
Jean-Pierre bildirib ki, Ukraynaya verilən sursat yardımı ABŞ-ın bu məsələdə verdiyi vədlərin arxasında dayandığının sübutudur. ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada, dekabr ayında İran tərəfindən Yəmənə göndəriləcəyi təsbit edilən 1,1 milyon güllənin yelkənli, taxta bir gəmidə ələ keçirildiyi və 7,62 millimetrlik güllənin isə “nəql edildiyi” açıqlanıb.
CENTCOM qeyd edib ki, iyulun 20-də Ədliyyə Nazirliyinin müsadirə qərarı ilə ABŞ hərbi sursatlara sahib çıxıb.