Azərbaycan bankları ilə “Citibank” arasında müxbir əlaqələrin genişləndirilməsi müzakirə edilibbackend

Azərbaycan bankları ilə “Citibank” arasında müxbir əlaqələrin genişləndirilməsi müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bank sektoru ilə “Citibank” arasında müxbir əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə dair müzakirələr aparılıb.

İnterpress.az bu barədə ABA-ya istinadən xəbər verir

Məlumata görə, “Citibank” nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və onun nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri arasında görüş baş tutub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.