Tesla ABŞ-da bəzi avtomobillərinin qiymətlərini endiribbackend

Tesla ABŞ-da bəzi avtomobillərinin qiymətlərini endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla üçüncü rübdə avtomobil tədarüklərinin azalmasından sonra ABŞ-da bəzi Model 3 və Model Y avtomobillərinin qiymətlərini endirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın saytındakı qiymət siyahılarına görə, Tesla Model 3-ün qiymətini 2 min 250 dollara, Model Y-nin qiymətini isə 2 min dollara endirib.

Model 3-ün başlanğıc qiyməti 40 min 240 dollardan 38 min 990 dollara endirilərkən, uzun mənzilli versiyanın qiyməti 47 min 240 dollardan 45 min 990 dollara, performans versiyasının qiyməti isə 40 min 240 dollardan aşağı salınıb.

Model Y-nin performans versiyasının qiyməti də 54 min 490 dollardan 52 min 490 dollara endirilib.

Maraqlıdır ki, Tesla-nın son qiymət endirimləri şirkətin üçüncü rübdə avtomobil tədarükündə yaşadığı enişdən sonra baş verib.

Elektrikli avtomobil istehsalçısı həftənin əvvəlində üçüncü rübdə 435 min 59 vasitənin təslim edildiyini açıqlamışdı. Şirkətin bu dövrdə tədarük sayı bazar gözləntilərinin altında qalsa da, əvvəlki rüblə müqayisədə 7 faiz azalıb.

Tesla ABŞ və Çin kimi bazarlarda istehlak xərclərinin azalması və elektriklə işləyən avtomobillər sahəsində rəqabətin artması ilə bağlı narahatlıqlar səbəbilə tələbi stimullaşdırmaq üçün ilin əvvəlindən bütün dünyada avtomobil qiymətlərini endirməyə başlamışdı.