Rusiya Miq-31-i ABŞ təyyarələrinə qarşı havaya qaldırdıbackend

Rusiya Miq-31-i ABŞ təyyarələrinə qarşı havaya qaldırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Norveç dənizində patrul vəzifəsini yerinə yetirən ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseidon təyyarəsi üçün Miq-31 döyüş təyyarəsini çıxardıqlarını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiya Müdafiə Nazirliyi Norveç dənizi üzərində hava məkanına nəzarət vasitələrinin Rusiya dövlət sərhədinə yaxınlaşan hava hədəfini aşkarladığını açıqlayıb.

Rusiya Şimal Donanmasının Hərbi Hava Qüvvələrində xidmət edən Miq-31 döyüş təyyarəsinin hədəfi müəyyən etmək və Rusiya dövlət sərhədlərinin pozulmasının qarşısını almaq üçün çıxarıldığı bildirilib: “Rusiya döyüş təyyarəsinin heyəti hava hədəfinin olduğunu müəyyən edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul xidmətində olan P-8A Poseidon patrul təyyarəsi idi”.

Açıqlamada Rusiya döyüş təyyarəsi yaxınlaşarkən ABŞ təyyarəsinin ölkə sərhədindən geri döndüyü bildirilib və Rusiya dövlət sərhədinin pozulmasının olmadığı qeyd edilib.

Rusiya döyüş təyyarəsinin ABŞ təyyarəsinə təhlükəli bir şəkildə yaxınlaşmadığı və neytral sular üzərində hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun uçduğu bildirilib.