Bu il Yəməndə 5 mindən çox vəba hadisəsi qeydə alınıbbackend

Bu il Yəməndə 5 mindən çox vəba hadisəsi qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı bu il sentyabrın 15-dək Yəməndə 5 mindən çox vəba xəstəliyinin qeydə alındığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünya miqyasında yayılan vəba epidemiyası ilə bağlı dərc etdiyi hesabatda Yəməndə görülən hallar haqqında məlumat verilib.

Bu çərçivədə hesabatda Yəməndə 1 yanvar – 15 sentyabr 2023-cü il tarixləri arasında 5 min 674 vəba hadisəsinə rast gəlindiyi, eyni dövrdə bu xəstəlikdən 7 ölümün olduğu, yoluxma nisbətinin isə mində 19 olduğu bildirilib.

Dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndə 9 ilə yaxındır davam edən vətəndaş müharibəsi səbəbindən artan humanitar böhran dəhşətli həddə çatıb.

BMT-nin məlumatına görə, ölkənin 30 milyonluq əhalisinin 22 milyondan çoxunun yardıma və müdafiəyə ehtiyacı var. Ölkədə təmiz suya çıxışın olmaması, qida çatışmazlığı, dərman və tibbi ləvazimat çatışmazlığı kimi səbəblər də epidemik xəstəlikləri, xüsusən də vəbanı çağırır.