Ceyhun Bayramov: “Bəzi ölkələr öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün təhlükəli addımlar atırlar”backend

Ceyhun Bayramov: “Bəzi ölkələr öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün təhlükəli addımlar atırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi ölkələr öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün təhlükəli addımlar atırlar”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşü zamanı deyib.

Azərbaycan ərazilərində işğal dövründən qalma, beynəlxalq hüquqa zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrin növbəti təxribatlarına cavab olaraq başlayan antiterror tədbirlərindən bəhs edən nazir həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində mövcud qanunsuz hərbiləşmənin miqyasının bir daha hər kəs üçün aydın olduğunu diqqətə çatdırıb. O eyni zamanda bölgədə sülh və təhlükəsizliyə hədə olan bu real təhdidin aradan qaldırılmasına baxmayaraq, bugün bir sıra ölkələrin müxtəlif vasitələrlə öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün olduqca təhlükəli addımlar atdığını qeyd edib.

Azərbaycanın həmçinin mövcud çağırışlara baxmayaraq, bu kimi cəhdlərin qarşısının alınması, habelə sülh və reinteqrasiya prosesinin irəlilədilməsi əzmində olduğu bildirilib.