Covid-19-u sağaltdığını iddia etdikləri dərmanı tapdıqlarını və saysız-hesabsız insana satdıqlarını bildirən ailənin dərman kimi ağartıcı satdığı ortaya çıxıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Amerika Birləşmiş Ştatlarının Florida ştatında (ABŞ) internet üzərindən Covid-19 dərmanı olaraq saxta kult yaradan və “sənaye ağartıcısı” satan bir kişi və onun üç yetkin oğlu həbs cəzasına məhkum edilib.
Mayamidə federal hakim, məhkəmə sənədlərinə görə, Conatan Grenon və Jordan Grenon-a 12 il 7 ay həbs cəzası verib. Ata Mark Qrenon və oğlu Cozef Qrenona da 5 il həbs cəzası verilib.
Münsiflər heyəti iyul ayında dörd nəfəri ABŞ hökumətini və ictimaiyyətini aldatmaq və yanlış markalanmış dərmanları yaymaq üçün sui-qəsddə günahkar bilib. Vəkil tutmayan Qrenon ailəsi iki gün davam edən iclasda müdafiədən imtina edib.
Prokurorlar, “fırıldaqçı” və “ilan yağı satıcısı” kimi qələmə verdikləri Qrenon ailəsinin “Yaradılış II Sağlamlıq və Şəfa Kilsəsi” adı ilə qurduqları təşkilat vasitəsilə “möcüzə mineral” adlandırdıqları məhsulu 1 milyon dollara satdıqlarını bildirib.
Prokurorlar videolarda bu dərmanın Covid-19, Alzheimer, autizm, beyin xərçəngi, HİV/QİÇS və dağınıq skleroz da daxil olmaqla məlum xəstəliklərin 95 faizinin müalicəsi kimi təqdim edildiyini bildiriblər.
Səlahiyyətlilər Grenonların satdıqlarının əslində xlor dioksid olduğunu, udulduqda adətən toxuculuq, sənaye suyu, sellüloz və kağız emalı kimi şeylərdə istifadə olunan ağartıcıya çevrildiyini və bunun ağartıcı içməklə eyni olduğunu və ölümcül ola biləcəyini söyləyib.