“Avropa İttifaqı (Aİ) HƏMAS-ın hərbi qanadının hücumu ilə əlaqədar İsraillə həmrəy olduğunu bəyan edir”.
İnterpress.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “X” sosial şəbəkəsində yazıb.
“İsraillə bağlı xəbərlər bizi kədərləndirib. Biz birmənalı olaraq HƏMAS-ın hücumlarını pisləyirik. Bu dəhşətli zorakılıq dərhal dayandırılmalıdır. Terror və qəddarlıq heç nəyi həll etmir. Aİ bu çətin anlarda İsraillə həmrəyliyini ifadə edir”, – paylaşımda qeyd edilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə raket zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.