Bu gün faktiki olaraq müharibə miqyası alan İsrail-Fələstin qarşıdurması həm zamanlama, həm də paralellik baxımından diqqət çəkir.
İnterpress.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.
O xatırladıb ki, tarixə “Məşhər günü” adı ilə daxil olmuş İsrail- ərəb ölkələri arasında müharibə düz 50 il əvvəl – 1953-cü ildə oktyabrın 6-da başladı və cəmi 19 gün davam edərək İsrailin qələbəsi ilə başa çatıb:
“Bu tarixi paralellik maraq doğurur.
Eyni zamanda Səudiyyə Ərəbistanı – İsrail, Türkiyə-İsrail yaxınlaşması fonunda anidən Hamas tərəfindən belə bir müharibəyə başlamaq təsadüf sayıla bilməz. Hər iki ölkənin İsraillə münasibətlərində ciddi istiləşmə müşahidə olunurdu. Və hər iki ölkə Fələstin probleminə həssas yanaşır. Və bu həssaslığı bilən, eyni zamanda bu yaxınlaşmalardan ciddi narahat olan güclər də var”.