Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs cinayət başında yaxalanıbbackend

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs cinayət başında yaxalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs cinayət başında yaxalanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Ədirnədə özünü polis məmuru kimi təqdim edərək qadının 1 milyon 200 min TL pulunu və qiymətli əşyalarını alaraq aldatmaq istəyən M.G. cinayət başında yaxalanıb.

Şəhərdə yaşayan qadına telefonla zəng vuran şübhəli M.G. onun bank hesabının terror təşkilatı tərəfindən ələ keçirildiyini bildirib. Quruma qarşı əməliyyat aparılacağını bildirən M.G qadından bankdakı pulunu və qızıl-zinət əşyalarını onlara çatdırmasını istəyib. Vəziyyətdən şübhələnən qadın polisə gedərək vəziyyəti izah edib.

Daha sonra polislə anlaşma əldə olunub vəı qadın şübhəli şəxslə görüş üçün yer təyin etdikdən sonra onu cinayət başında yaxalamaq üçün əməliyyat təşkil edilib.

Kişi həbs edilib.