Astana və Şuşa ilə qardaşlaşmış Türkistan şəhərlərində “Şuşa günləri” keçirilib – FOTObackend

Astana və Şuşa ilə qardaşlaşmış Türkistan şəhərlərində “Şuşa günləri” keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Qazaxıstanın Mədəniyyət və İnformasiya nazirliyinin birgə təşkilatçılığı ilə 3-6 oktyabr tarixlərində Astana və Şuşa ilə qardaşlaşmış Türkistan şəhərlərində “Şuşa günləri” keçirildi.

Bu barədə məlumatı Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov özünün “X” sosial şəbəkə hesabında paylaşıb.

  1. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin rəhbəri Aydın Kərimovla bərabər, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva, Milli Məclisin deputatları Fatma Yıldırım və Nizami Cəfərov, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və adı çəkilən qurumların nümayəndələri iştirak edirdilər.