Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Kənan Əliyevə hökm oxunub.
İnterpress.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Məhkəmənin qərarı ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı K.Əliyevin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, K.Əliyev ötən ilin oktyabrında Qaradağ rayonu ərazisində saxlanılıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ondan 10 kq heroin aşkar edilərək götürülüb.
Ona qarşı 234.4.1, 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama) maddələri ilə ittiham elan olunub.