İsrail HƏMAS-a qarşı müharibədə iştirak etmək üçün müxtəlif Avropa ölkələrindən yüzlərlə hərbçisini orduya cəlb edir.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.
Qeyd olunub ki, C-130 və C-130J təyyarələri hərbçiləri ölkəyə gətirmək üçün müxtəlif Avropa ölkələrinə uçub.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dan çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.