Türkiyədə – Söke rayonunda 25 qeyri-qanuni mühacir pambıq tarlasında yaxalanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Polis bir qrup qeyri-qanuni immiqrantın Tuzburgazı rayonunda pambıq tarlasında gizləndiyini müəyyən edib.
Əməliyyat zamanı 3-ü qadın və 3-ü uşaq olmaqla 25 qeyri-qanuni mühacir yaxalanıb.
D.P.-nin qeyri-qanuni yollarla xaricə qeyri-qanuni mühacir aparmağa çalışdığı müəyyən edilib. O, saxlanılıb.
D.P. Əlaqəli olduğu düşünülən şübhəlilərin tutulması üçün işlərin davam etdiyi məlumolub.