“İsrailə yardım paketi yaxın vaxtlarda ABŞ Konqresinə təqdim ediləcək”.
İnterpress.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, ABŞ-ın həm Ukraynaya, həm də İsrailə eyni vaxtda yardım göstərmək üçün kifayət qədər resursu var: “Biz ABŞ-ın eyni vaxtda həm Ukraynanı, həm də İsraili dəstəkləyə bilməyəcəyi barədə iddiaları qəti şəkildə rədd edirik. Bunu effektiv şəkildə etmək üçün kifayət qədər imkanımız var”.