Argentinada meşə yanğını yaşayış məntəqələrinə yayılıbbackend

Argentinada meşə yanğını yaşayış məntəqələrinə yayılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinanın Kordoba əyalətində başlayan meşə yanğınları yaşayış məntəqələrinə çatıb və azı 600 nəfər təxliyə edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Argentinanın Kordoba əyalətində istilərin təsirli olduğu meşə yanğını baş verib. Villa Karlos Paz şəhərindəki yaşayış məntəqələrinə sürətlə yayılan alov səbəbiylə insanlar təşviş içində şəhəri tərk etməyə başlayıb.

Bəzi evləri əhatə edən yanğınla əlaqədar ən azı 600 nəfər təxliyə edilib. Ştat hökumətindən verilən açıqlamada yanğına 960 yanğınsöndürən, 8 yanğınsöndürən təyyarə və 2 helikopterin müdaxilə etdiyi bildirilib.

Sıx tüstüdən ətrafdakı insanların nəfəs almaqda çətinlik çəkdiyi, yanğında çox sayda heyvanın tələf olduğu öyrənilib.

Şəhərə doğru irəliləyən yanğın səbəbindən tüstü səmaya qalxarkən bir nəfərin yanğın törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanıldığı bildirilir.

Yerli mətbuatda yer alan açıqlamaya görə, saxlanılan 27 yaşlı şəxs ifadəsində tonqal yandırdığını, lakin alovların qəfil nəzarətdən çıxdığını bildirib.

Yanğınsöndürmə briqadasından verilən açıqlamada bölgədə hava istiliyinin 37 dərəcəyə çatması, aşağı rütubət və güclü küləyin alovla mübarizəni çətinləşdirdiyi bildirilib.