SpaceX bu hesabata etiraz etdibackend

SpaceX bu hesabata etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı kosmik gəmi və raket istehsalçısı SpaceX ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) Konqresə təqdim etdiyi və şirkətin Starlink peyk sisteminin potensial risk yaratdığını iddia edən hesabata etiraz edib və hesabatın düzəldilməsinə çağırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

CNN-in məlumatına görə, SpaceX “The Aerospace Corporation” tərəfindən tərtib edilən və Starlink peyk zibilinin yaralanmalara və ölümlərə səbəb ola biləcəyi ilə bağlı narahatlıqları özündə əks etdirən təhlil hesabatını “şişirdilmiş və yanlış” olaraq xarakterizə edib.

SpaceX iddia edir ki, hesabat Starlink peykinin Yer atmosferinə yenidən daxil olması ilə bağlı riskləri yanlış təqdim edən səhv təhlilə əsaslanır.

SpaceX Aerokosmik Korporasiyasının təhlili üçün bu mövzuda şirkətin rəy və hesabatlarına müraciət etmədiyinə görə tənqid edib və hesabatın düzəldilməsinə çağırıb.

SpaceX iddia edir ki, peykləri fəaliyyət müddətinin sonunda atmosferə daxil olduqda tamamilə parçalanmaq üçün nəzərdə tutulub və 2020-ci ilin fevral ayından bəri orbiti tərk edən 325 Starlink peykinin yer üzündə heç bir dağıntısına rast gəlinməyib.

Digər tərəfdən, FAA SpaceX-in etirazlarını nəzərdən keçirdiyini və Aerospace Corporation məlumatlarını yeniləmək üçün kosmik gəmi və raket istehsalçısı ilə əlaqə saxladığını bildirib.