Ukrayna Ali Radasının deputatları Azərbaycanı dəstəkləyən müraciət qəbul ediblərbackend

Ukrayna Ali Radasının deputatları Azərbaycanı dəstəkləyən müraciət qəbul ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radasının deputatları Azərbaycanı dəstəkləyən müraciət qəbul ediblər.

İnterpress.az xəbər verir ki, hakim “Xalqın xidmətçisi” Partiyasının deputatlarının imzaladığı müraciətdə Ukraynanın Azərbaycanı və onun xalqını dəstəklədiyi bildirilib.

Qeyd olunub ki, Qarabağda həyata keçirilən antterror tədbirlərindən sonra Azərbaycana qarşı beynəlxalq səviyyədə qarayaxma kampaniyasına başlanılıb:

“Erməni diasporunun radikal ünsürləri və bəzi beynəlxalq KİV-lər Azərbaycana qarşı nifrət təbliğatını gücləndirir. Biz bunu qəbuledilməz sayırıq. Azərbaycan antiterror tədbirlərini özünün beynəlxalq səviyyədə tanınmış ərazisində həyata keçirib”.

Müraciətdə həmçinin vurğulanıb ki, Qarabağdakı erməni separatçıları təslim olduqdan sonra ərazidə çoxlu sayda silah-sursat və ağır hərbi texnika aşkar edilib.

Deputatlar bildiriblər ki, Qarabağdakı erməniləri heç kim köçməyə məcbur etməyib, onlar bölgədən könüllü şəkildə gediblər:

“Qarabağın erməni əhalisinin Ermənistana köçü qeyri-zorakı xarakter daşıyır. Bunu oktyabrın 1-də Qarabağda monitorinq həyata keçirən BMT missiyası və ABŞ Dövlət Departamentinin nümayəndəsi Miller də təsdiqləyiblər”.