Finlandiya kəşfiyyatı: Moskva NATO üzvlüyünə görə Helsinkiyə düşmən kimi baxırbackend

Finlandiya kəşfiyyatı: Moskva NATO üzvlüyünə görə Helsinkiyə düşmən kimi baxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı (SUPO) Ukrayna müharibəsi və Finlandiyanın NATO-ya üzv olması səbəbindən Rusiya ilə münasibətlərin əhəmiyyətli dərəcədə pisləşdiyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. SUPO-nun 2023-cü il Milli Təhlükəsizlik hesabatında Rusiyanın Finlandiyaya düşmən ölkə kimi baxdığına dair çoxlu əlamətlər olduğu bildirilir.

Hesabatda Finlandiyanın Sankt-Peterburqdakı konsulluğunun bağlanması qərarının da bu göstəricilərdən biri olduğu qeyd edilsə də, iki ölkə arasında münasibətlərin pisləşməsinə NATO üzvlüyünün təsir etdiyi dəyərləndirilib.

SUPO-nun direktoru Antti Pelttari hesabatla bağlı mətbuat konfransında deyib: “Rusiya hazırda diqqətini Ukraynadakı müharibəyə yönəldir və beynəlxalq təcridini yüngülləşdirir, lakin bu, Rusiyanın Finlandiyadakı kəşfiyyat və təsir təhlükəsinin aradan qalxdığı anlamına gəlmir”.

Pelttari Finlandiyanın NATO-ya üzv olması, Ukrayna müharibəsinin davam etməsi, Rusiya ilə Qərb ölkələri arasında fikir ayrılıqlarının dərinləşməsi və Moskvaya qarşı sanksiyaların artmasının Rusiyanın Finlandiyaya qarşı həyata keçirdiyi tədbirləri gücləndirə biləcəyini qiymətləndirib.

Finlandiya və Estoniya arasında təbii qaz kəmərinin “mümkün təxribatının” arxasında Rusiyanın olub-olmaması ilə bağlı suala Pelttari “mümkün təxribatın arxasında hansısa bir ölkənin olması ehtimalı istisna edilmir” deməklə kifayətlənib.

Finlandiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub.