Finlandiya və Estoniya arasında qaz daşıyan kəmərdə “təxribat” ehtimalı müzakirə edilirbackend

Finlandiya və Estoniya arasında qaz daşıyan kəmərdə “təxribat” ehtimalı müzakirə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 8-də Finlandiya ilə Estoniya arasında təbii qaz daşıyan Balticconnector boru kəmərinin qeyri-adi təzyiq düşməsi və sızma səbəbindən bağlanmasından sonra təxribat ehtimalı ilə bağlı şübhələr səslənir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Finlandiyanın Tampere Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Pami Aalto Balticconnector boru kəmərində baş verən hadisələrlə bağlı danışıb.

O bildirib ki, proseslə bağlı daha çox məlumat paylaşılmayana qədər Rusiyanın məsələyə qarışdığını söyləmək mümkün deyil.

Aalto Rusiyanın Helsinki administrasiyasının NATO üzvlüyünə və Ukraynaya hərbi yardımına qarşılıq verəcəyini açıqladığını xatırladıb və belə davam edib:

“Onlar kritik infrastrukturların yerlərini müəyyənləşdirib xəritələşdiriblər və çox güman ki, bu baxımdan NATO ölkələrini necə sınaqdan keçirəcəkləri ilə bağlı planları var. Finlandiya, Estoniya və Norveç Rusiyadan bu cür təhdidlər gözləyə bilər və hazırlıq görürlər. Son insident belə bir addım ola bilər. Əgər bu baş verərsə, Rusiyanın bu ölkələri və ümumilikdə NATO üzvlərini sınaqdan keçirmək səylərini gözləmək olar. NATO üzvlərinin diqqətini Ukraynadan yayındırmaqda rusiyalı aktyorların da marağı var. Avropa Birliyinin bir çoxu Rusiyanın mayeləşdirilmiş təbii qazı (Aİ) və NATO üzvləri hələ də satın alırlar. Rusiya aktyorlarının (LNG) tələbatını təmin etmək baxımından kommersiya maraqları da var”.