“Alacran” ləqəbli dəstə başçısı Kolumbiyada tutulubbackend

“Alacran” ləqəbli dəstə başçısı Kolumbiyada tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyadakı Cali kartelinin keçmiş üzvü, “Los Magicos” bandasının lideri kimi tanınan “Alacran” ləqəbli Henri Loaiza Ceballos təhlükəsizlik qüvvələri tərəfindən əməliyyat nəticəsində saxlanılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Uzun bir rekorda sahib olan Alacranın 300 adamın qətlindən məsul olduğu məlum olub. Kolumbiya polisinin “Katarsis 3” adlandırdığı əməliyyat Cundinamarca və Valle del Cauca inzibati bölgələrində eyni vaxtda həyata keçirilib.

Basqın zamanı mütəşəkkil cinayətkar dəstənin başçısı Alacran və onun iki ən yaxın adamının da saxlanıldığı bildirilib.

Alacran hədə-qorxu ilə tələb etməkdə, adam öldürməkdə, işgəncə verməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində və cinayət təşkilatı yaratmaqda ittiham olunur.

Onun uzun rekordu var: 300 nəfərin qətlinə görə məsuliyyət daşıyır

Çox qaranlıq keçmişi olan Alacran, ölkədə zorakılığın intensiv olduğu 1986-1994-cü illər arasında 300 nəfərin qətlindən məsul tutulur.

Bir vaxtlar Kali kartelinin ən güclü üzvlərindən biri hesab edilən Alacranın 1995-ci ildə Trujillo qəsəbəsinə edilən hücumda 43 nəfərin öldürülməsində əli olduğu iddia edilib.

1995-ci ildə polisin keçirdiyi əməliyyatla yaxalanan Alacran 22 il həbs cəzası çəkdikdən sonra 2017-ci ildə hakimin qərarı ilə azadlığa buraxılıb.