Son 10 ildə 25 154 nəfərin Gürcüstan vətəndaşlığına xitam verilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Buna səbəb Rusiya vətəndaşlığının alınmasıdır.
Belə ki, bu, Milli Məclisin deputatı Ana Natsvlişvilinin deputat sualına cavab olaraq “Dövlət Xidmətlərinin İnkişafı Agentliyi”nin göndərdiyi məlumatlarda öz əksini tapıb.
O cümlədən, bu məlumatlara əsasən, təkcə 2023-cü ildə 2189 nəfər Rusiya Federasiyası vətəndaşlığını qəbul etdiyi üçün Gürcüstan vətəndaşlığını itirib. 2013-cü ildə 11 758 nəfər bu səbəbdən Gürcüstan vətəndaşlığından məhrum edilib.
İllərə görə, Rusiya vətəndaşlığına görə Gürcüstan vətəndaşlığını itirmə statistikası belə görünür:
2013 – 11 758 nəfər;
2014 – 2874 nəfər;
2015 – 2523 nəfər;
2016 – 1071 nəfər;
2017 – 1206 nəfər;
2018 – 877 nəfər;
2019 – 692 nəfər;
2020 – 252 nəfər;
2021 – 354 nəfər;
2022 – 1358 nəfər;
2023-cü il (28 sentyabr tarixinə) – 2189 nəfər.