UNICEF: Nigeriyada 7,6 milyon qız təhsildən məhrumdurbackend

UNICEF: Nigeriyada 7,6 milyon qız təhsildən məhrumdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Nigeriya nümayəndəsi Kristian Munduate ölkədə əksəriyyəti şimal bölgələrindən olan 7,6 milyon məktəb yaşlı qızın təhsildən məhrum olduğunu açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kano əyalətində “11 Oktyabr Beynəlxalq Qız Uşaqları Günü” üçün təşkil edilən proqramda çıxış edən Munduate dünyada məktəbə getməyən uşaqların yüzdə 15-nin Nigeriyada olduğunu bildirib.

Nigeriyada 7,6 milyon qız uşağının təhsil almaq imkanından məhrum olduğunu və əksəriyyətinin şimal bölgəsində yaşadığını ifadə edən Munduate qızların yalnız yüzdə 9-unun orta məktəbə getmək şansının olduğunu bildirib.

O, bu rəqəmlərin təkcə statistik məlumat deyil, həm də “oyanış zəngi” olduğuna diqqət çəkib və qızların təhsilə çıxışına ümid etdiyini söyləyib.

UNICEF Nigeriya Nümayəndəsi səlahiyyətliləri və beynəlxalq ictimaiyyəti Nigeriyada məktəb yaşlı qızların arzularını həyata keçirməyə kömək etməyə çağırıb.