Meksikada “son dərəcə təhlükəli” elan edilən Lidiya qasırğası Xalisko əyalətində 2 nəfərin ölümünə və bir çox evə ziyan vurub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkədə 4-cü kateqoriya səviyyəsinə çatan Lidiya qasırğası Jaliscoda 200 evə ziyan vurub, bəzi magistral yolların hərəkətə bağlanmasına səbəb olub.
Səlahiyyətlilər tərəfindən verilən açıqlamada oktyabrın 11-dən bu yana qasırğa nəticəsində 2 nəfərin öldüyü, mülki müdafiə qüvvələri və yanğınsöndürmə briqadalarından ibarət qrupların qasırğadan zərər çəkənlər üçün dayanmadan çalışdığı bildirilib.
Puerto Vallarta meri Alonzo Kastillon mətbuata verdiyi açıqlamada magistral yollara nəhəng qayaların uçduğunu və yolun iki zolaqlı hərəkətə bağlandığını qeyd edib.
Gecə saatlarında böyük bir sürüşmə meydana gəldiyini qeyd edən Castillo söyləyib ki, qruplar yolun nəqliyyata açılması üçün çalışır, bəzi vasitələrə ciddi ziyan dəyib, lakin ölən və ya yaralanan olmayıb.
Son illərdə Meksikaya təsir edən qasırğalarda çoxlu insan həyatını itirib, böyük maddi ziyan dəyib.