Britaniya Rəqabət və Bazarlar Təşkilatı (CMA) “Microsoft”un bulud oyun hüquqları istisna olmaqla “Activision Blizzard”ı almasını təsdiqləyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
CMA-nın bəyanatına görə, qurum Microsoft-un bulud oyun hüquqları istisna olmaqla “Activision”u almasının bazarda rəqabətqabiliyyətli qiymətlərə və xidmətə zərər verməyəcəyi qənaətinə gəlib.
Ubisoft Activision Blizzard-ın bulud oyun hüquqlarını alacaq.
Bu ilin aprel ayında CMA Microsoft-un bulud oyun bazarının gələcəyini dəyişdirəcəyinə dair narahatlıqlar səbəbiylə təxminən 69 milyard dollara Activision-u almasını blokladığını açıqlayıb.
Digər tərəfdən “Microsoft” keçən ay “Activision Blizzard”ı satın almaq üçün tənzimləyici orqana yeni bir razılaşma təqdim edib.