Fransanın şimalında orta məktəbə bıçaqlı hücum nəticəsində bir müəllim ölüb, 2 nəfər isə ağır yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimalındakı Arras şəhərinin mərkəzində bir nəfər orta məktəbə girərək bıçaqlı hücum edib.
Hücum nəticəsində bir müəllim ölüb, iki nəfər isə ağır yaralanıb. Polis şübhəlini və qardaşını saxlayıb.
Şübhəlinin 20 yaşlarında olduğu və sözügedən orta məktəbin keçmiş şagirdi olduğu bildirilib.