Fransada yaşadığı binada işçiləri “salamu aleykum” deyərək qarşılayan qadın qonşusunun şikayəti ilə saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Vəkil Boudi şikayət çərçivəsində bu gün səhər saatlarında saxlanılan qadın müvəkkilinin bir müddət sonra sərbəst buraxıldığını bildirib.
Müvəkkilinin niyə saxlandığına gəlincə, Boudi polisin indiki kontekstdə heç bir riskin götürülə bilməyəcəyini cavabını verdiyini söyləyib.