Qanada leysan yağışlar səbəbindən Akosombo bəndinin daşması nəticəsində yaranan daşqın səbəbindən 4 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadəın xəbər verir.
Volta Çay İdarəsi Qanada yağan güclü yağışlar nəticəsində Volta çayı üzərindəki Akosombo bəndinin daşmasının bölgədə daşqınlara səbəb olduğunu bildirib.
Daşqınlar səbəbindən 4 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Daşqın nəticəsində onlarla ev və ferma da su altında qalıb.
Bəzi bölgələrdə su və elektrik enerjisinin kəsilməsi səbəbindən əsas xidmətlərin dayandırıldığı məlum olub.